İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada azərbaycanlılara hökm oxundu

1014 19.04.2022 21:04 Kriminal A A

Rusiyada Lyublinski Rayon Məhkəməsi 2020-ci ildə Moskvada ermənilər və azərbaycanlılar arasında baş vermiş davanın iştirakçıları ilə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı məhkəmənin Mətbuat xidməti yayıb.

“Məhkəmə xuliqanlıqda təqsirli bilinən E.Ələkbərov, B.Vəliyev, P. Həmidov, T.İsmayılov və A.Qafarovu 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Daha iki nəfər M.Zahidov və D.Qiyasova isə 2 il 8 ay şərti cəza təyin olunub”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, 2020-ci ilin iyulunda Qarabağda vəziyyətin gərginləşməsi fonunda Moskvada azərbaycanlılarla ermənilər arasında toqquşmalar baş verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR