İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada anti-Azərbaycan müzakirələri

8261 04.06.2023 17:26 Gündəm A A

Bu mövqelərdən açıq görünür ki, Rusiya Qərbin sülh səylərini bloklamak istəyir və hətta sülh sazişi imzalanarsa, onun icra olunacağına imkan verilməyəcəyinə açıq işarə edir

Moskvadakı “Russia Today” beynəlxalq media mərkəzində “Kişinyovda böyük görüş: Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. 

Musavat.com Rusiyada nəşr olunan yekramos.org saytına istinadən xəbər verir ki, Avropa İttifaqının himayəsi altında keçirilən “beştərəfli görüş”lə bağlı müzakirələrdə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin, Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov, Rusiya Federasiyası Hökuməti yanında Beynəlxalq Araşdırmalar İnstitutunun məlumatların tədqiqi laboratoriyasının direktoru Nikolay Silayev iştirak ediblər.

6221081bae5ac9768b0593b9.jpg (1.15 MB)

Aleksey Muxin görüşlə bağlı danışan Şarl Mişelin optimist açıqlamasını bölüşmədiyini deyib. O, “beşliyin” yenidən görüşlə bağlı razılaşmasını ironik olaraq bu sözlərlə qiymətləndirib: “Gəlin, gələn dəfə nəyə razılaşacağımızı razılaşdıraq”.

Onun sözlərinə görə, Avropa vasitəçilərini əslində heç bir məsuliyyət daşımırlar, onların siyasəti problemi həll etməyə yönəlməyib, daha çox təbliğati xarakter daşıyır.  Amma həm erməni, həm də Azərbaycan tərəfi Amerika, Avropa və Rusiya vasitəçiliyindən istifadə edir:  “Danışıqlarda Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Ermənistan tərəfi isə özünü passiv-aqressiv aparır. Bu gün sülh müqaviləsi bağlamaq üçün heç bir real əsas yoxdur. Amma tərəflərin süni şəkildə bir araya gətirilməsi cəhdi var ki, mütləq nəyəsə imza atsınlar”. 

1tass-37792720-kopiya.jpg (315 KB)

Muxin deyib ki, Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşmayacağı haqda Moskvanın rəyi yanlışdır. Politoloq iddia edib ki, “Qarabağın erməni əhalisi ənənəvi olaraq rusiyayönlüdür, Ermənistan rəhbərliyi isə sanki onları bu mövqeyinə görə cəzalandırır, onlara “Azərbaycanın bir parçası olacaqsınız” deyir.  

Muxin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının guya zorla təşviq edildiyini deyib, Paşinyanın bu istiqamətdə atdığı addımların şübhəli olduğuna işarə edib.  

Muxin onu da deyib ki, danışıqların nəticəsi olaraq, tərəflər nəyə imza atsalar da, bu problemlərin həllinə gətirib çıxarmayacaq, “yeni münaqişələr silsiləsinin əsasına çevriləcək”. Minsk-2 kimi müqavilə imzalansa və riayət edilməsə-və çox güman ki, bu baş verəcək- o zaman sazişin imzalanmasının təminatçıları üçün problemlər yaranacaq. Ona görə də Avropa İttifaqının məmurların yerinə olsaydım, belə tez sevinməzdim, gələcək haqqında düşünərdim”. Aleksey Muxin əlavə edib ki, Paşinyanın Rusiyaya şəxsi antipatiyasını Moskva ilə İrəvan arasındakı münasibətlərə şamil etmək olmaz.  

92041bc8ed58fb7697342becc96f13c6.jpg (303 KB)

Nikolay Silayev “Qərbin sülhməramlı səylərini” Aİ və ABŞ-ın Rusiyanın regionda təsirlərinə azaltmağa yönəldiyini deyib. “Onların mövqeyi bundan ibarətdir ki, Bakı və İrəvan tezliklə sülh müqaviləsi adlandırıla biləcək sənədi imzalayır, Rusiyanın vasitəçi və sülhməramlı kimi nüfuzuna zərbə vursunlar. Rusiyanın tarixən məntiqi belə olub ki, hər iki cəmiyyətin sülhə hazır olmasını təmin etsin, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlər öz həllini tapsın.”

Suallara cavab olaraq, Muxin İrəvan hakimiyyətinin Rusiya bazasının Ermənistandan çıxarılması barədə də danışıb.  “Bu baş verərsə, İrəvan üçün Moskvadan qat-qat daha ciddi fəakət olacaq. Çünki Rusiyanın hərbi bazası əvəzinə NATO bazası yaranacaq. Və dərhal Türkiyənin Ermənistana təsiri artacaq.”

Aleksey Martınov isə Moldovada Avropa  Sammitinin “açıq-aşkar anti-Rusiya xarakteri daşıyan tədbir”adlandırıb.  “Prezident Ərdoğanın heç bir şeyin həll olunmadığı belə bir şübhəli tədbirə qatılmaması  müdriklik idi”.  

Oxu.az - Aleksey Martınov: Qarabağ münaqişəsinin həlli fundamental olmalıdır

Rusiyalı nümayəndə sayıqlayaraq deyib ki, “uzun illərdir ki, rəsmi İrəvan niyə ikinci erməni dövlətini –“artsax” ı tanımağa cəhd etmədiyini başa düşmür”.  “Amma  İrəvan daim Moskvaya başını yelləyərək deyir ki, Rusiya bunu etməlidir. Belə çıxır ki, erməni elitası Avropa üçün ağ və tüklü olmağa çalışır, eyni zamanda Kremlə də deyir ki, siz niyə bunu etmirsiniz?” deyə, o bildirib.  

Göründüyü kimi, bu müzakirələrdə iştirak edənlər  Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Bu həm də bir daha göstərir ki, Moskva Qərbin sülh səylərini bloklamak istəyir və hətta sülh sazişi imzalanarsa, onun icra olunacağına imkan verilməyəcəyinə açıq işarə edir...

Orxan ƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR