İnsanlara hürriyət, millətlərə istiqlal!

"Moskva Siti"yə düşən dronların hədəfi nə olub?

630 01.08.2023 18:45 Son xəbər A A

Moskva şəhərində Ukraynaya aid olduğu iddia edilən pilotsuz təyyarələrin hədəfi Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin gizli haker bölməsi ola bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hərbi ekspertlər tərəfindən bununla bağlı maraqlı versiya irəli sürülüb.

Qeyd edək ki, son 3 gün ərzində pilotsuz təyyarələr ikinci dəfə nazirliyin ofisinin yerləşdiyi İQ kvartalına hücum edib.

Hərbi analitik Yan Matveyevin iddiasına görə, Ukrayna Silahlı Qüvvələri qəsdən hökumət məhəlləsini hədəf götürüb.

"Dronun xüsusi olaraq dövlət idarələrinə uçduğunu nəzərə alsaq, düşünürəm ki, hədəf məhz onları vurmaq olub. Əks halda bu, inanılmaz bir təsadüf sayılardı, - deyə Matveyev bildirib.

Rusiya Müdafiə Nazirliyinin hər iki halda pilotsuz təyyarələrin elektron müdaxilə ilə yerə salındığı versiyası Matveyevə görə ağlabatan deyil:

"Dronlar nəinki yerə düşdü, hətta binanı vurmağa macal tapdı".

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi ordu ilə sıx əməkdaşlıq edir və onun nəzarətində olan hakerlər müntəzəm olaraq Ukrayna resurslarına hücum çəkir. Bundan başqa, onlar ordu üçün təhlil və modelləşdirmə işləri aparırlar. Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitanın sözlərinə görə, məhz bu səbəbdən nazirliyin Moskva şəhərindəki ofisi pilotsuz təyyarələr üçün məntiqi hədəfə çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR