İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva düyməyə basdı: Rusiya Erməniləri İttifaqı bəyanat verdi

2044 28.05.2023 15:32 Gündəm A A

Təşkilat bütün ümumerməni təşkilatlarını, biznes elitasını, erməni ziyalılarını Paşinyan hökumətinə etimadsızlıq göstərməyə çağırıb 

Mayın 25-də Moskvada Rusiya , Azərbaycan və Ermənistan liderləri arasında görüşün uğursuz alınmasının əsas səbəbkarı kimi baş nazir Nikol Paşinyan göstərilir. Bu mövqeni daha çox rusiyayönümlü müxalifət və media tirajlayır. Paşinyanın mövqeyindən aydın göründü ki, Ermənistan “sülhün Rusiya formatı” ilə razılaşmır. Bunu ölkənin baş naziri Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilmiş geniş tərkibdəki iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin fikrinə verdiyi reaksiyadan göründü.  Baş nazirin araqatan mövqeyi üçtərəfli görüşə bəri başdan kölgə saldı. Paşinyan təxribatçı çıxışı Moskvanın danışıqlarda “ilk skripka” iddiasının  qarşısını kəsdi. Bu mövqe isə əlbəttə, Rusiyanı narazı salmaya bilməz.    

Özünü dünyada “erməni diasporunun ən böyük ictimai birliyi” adlandıran Rusiya Erməniləri İttifaqı(REİ) bəyanat verərək revanşist mövqe sərgiləyib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, REİ ilk növbədə  Ermənistanın baş naziri Nikol Paşinyanın bu həftəki çıxışlarında Azərbaycanla mümkün sülh müqaviləsi və Qarabağın Azərbaycanın tərkibində tanınması ilə bağlı verdiyi bəyanatlardan “ciddi narahat” olduqlarını bildiriblər. 

putin-eliyev-pasinyan.jpg (121 KB)

Bəyanatda iddia olunur ki, guya ermənilər “sülhsevər xalq” olublar: “Bu gün bizə həmişəkindən daha çox sülh və ardıcıl inkişaf üçün şərait lazımdır. Amma biz əminik ki, 44 günlük müharibədə məğlub olan və faktiki olaraq təslim olan hazırkı baş nazir ölkənin maraqların qorumaq iqtidarında deyil və Ermənistanı təmsil edə bilməz”. 

Bildirilir ki, Paşinyanın ikibaşlı siyasəti  “ölkəni  sülhə deyil, yeni və daha amansız müharibəyə doğru aparır, Ermənistan vətəndaşlarının təhlükəsizliyini təhlükə altına qoyur”.  Son beş ildə Paşinyan komandasının peşəkarlığının olmaması ölkəyə “diplomatik cəhbədə” geridönməz ziyan vurub.  

REİ iddia edir ki, baş nazir Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla “ölkənin əsas qanununa məhəl qoymayır”.  

80698_large.jpg (17 KB)

Təşkilat hesab edir ki, bu gün Qarabağda yaşayan “ermənilərin həyatının və təhlükəsizliyinin yeganə təminatçısı rus sülhməramlılarıdır”. Rusiya erməniləri adından danışan təşkilat hesab edir ki, Paşinyanın komandası “Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi danışıqlarının beynəlxalq nəzarət altında keçirilməsi” haqda təklif verməklə işini birtmiş hesab edir.   

 Rusiya Erməniləri İttifaqı “artsax və Ermənistanın taleyi üçün” bütün ümumerməni təşkilatlarını, biznes elitasının görkəmli nümayəndələrini, erməni ziyalılarını ümumi dəyirmi masa arxasında əyləşməyə və Paşinyan hökumətinə etimadsızlıq göstərməyə çağırıb.  

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR