İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova hakimiyyəti Rusiyaya səfər edən siyasiləri cəzalandıracaq

470 13.03.2024 17:56 Dünya A A

 Moldova siyasətçiləri Rusiyaya səfər etmək qərarına görə cinayət məsuliyyəti ilə üzləşə bilərlər.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bunu martin 13-də Moldovanın baş nazir Dorin Reçan bildirib.

“Biz Moldovanın dövlətçiliyinə xələl gətirən şəxsləri müəyyən etməyə davam edəcəyik. Yenə deyirəm: mənim gözləntim və vətəndaşların gözləntiləri ondan ibarətdir ki, dövlətə, vətəndaşlara qarşı işləyənlərin hamısı qanun önünə çıxarılsın və cinayət məcəlləsində nəzərdə tutulanlar baş versin”, - deyə Reçan brifinq zamanı bəyan edib.

Qeyd edək ki, Rusiyada martın 1-dən martın 7-dək Sirius federal ərazisində Ümumdünya Gənclər Festivalı keçirilib və bu festivalda Moldovanın tərkibindəki Qaqauziya muxtariyyatının rəhbəri Yevgeniya Qutsul da iştirak edib. O, Rusiya prezidenti Vladimir Putinlə də görüş keçirib, və Moldovada müşahidə olunan ağır siyasi vəziyyətdən danışıb.

Bundan sonra Moldova müxalifətinin ruhlandığını deyən Qutsul Putinlə görüşünə görə Kişinyovun onu cəzalandıra biləcəyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR