İnsanlara hürriyət, millətlərə istiqlal!

Möhtəşəm TAPINTI - Herakla aidddir

1460 27.07.2022 13:20 Maraqlı A A

Türkiyənin Antaliya rayonunun Alanya qəsəbəsindəki Syedra antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı mifoloji qəhrəman Heraklın (Herkules) 12 vəzifəsini əks etdirən, təxminən 164 kvadratmetrlik döşəmə mozaikası tapılıb.

Musavat.com Lent.az-a istinadən bildirir ki, Karamanoğlu Mehmetbey Universitetinin Ədəbiyyat fakültəsinin arxeologiya kafedrasının müəllimi və Syedra Antik Şəhər Arxeoloji Qazıntı Qrupunun rəhbəri dosent Ertuğ Ergürer sözügedən mövzu ilə bağlı deyib:

“Təxminən 164 kvadratmetr sahədə qərar tutan, eni 7,9, uzunluğu 21,91 metr olan döşəmə mozaikası eramızdan əvvəl 2-ci əsrə aiddir. Lazımi mühafizə tədbirləri görüldükdən sonra mozaika ictimaiyyətlə paylaşılacaq. Hal-hazırda ərazidə bu mozaika və digər antik əsərlərin üzə çıxarılması üçün işlər davam edir.”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR