İnsanlara hürriyət, millətlərə istiqlal!

MMA döyüşçüsü Mutayevi kim və niyə öldürüb? – Müəmma

1341 01.02.2024 18:50 Dünya A A

Xəbər verildiyi kimi, dünən qarışıq döyüş növləri üzrə döyüşçü Maqomed Mutayev Mahaçqalanın mərkəzində öldürülüb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Qaptsaxskaya küçəsində baş verib, naməlum qatil Mutayevə evinin yaxınlığında arxadan yaxınlaşaraq tapançadan 8 dəfə atəş açıb. Hazırda şəhərdə qatili axtarırlar.

Mash Telegram kanalı boldirir ki, insident idmançı məşqdən qayıdarkən baş verib. Güllələrdən biri Mutayevin başına dəyib və o, xəstəxanaya aparılarkən yolda ölüb. Qeyd olunur ki, bu, döyüşçünün həyatına ilk qəsd cəhdi deyil, əvvəllər o da tapança ilə vurulub, lakin yaraları öldürücü olmayıb.

Maqomed Mutayev 20 yaşında idi və “Fight Nights” promosyonunda yarışırdı. Sosial şəbəkələrdə qətlə yetirilən şəxsin rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədovun atası, mərhum Abdulmanap Nurməhəmmədovun yetirməsi olduğu barədə məlumatlar yayılıb.

MASH Telegram kanalının məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən 18 yaşlı Nadırxan K. axtarışa verilib. Telekanal xəbər verir ki, Mutayevin qətlinin iddia edilən səbəbi qisasdır. Məlumatlı mənbə bildirir ki, təxminən bir ay əvvəl Mutayev dostları ilə birlikdə Nadırxanı döyüb və onun üzünə parlaq yaşıl boya çiləyiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR