İnsanlara hürriyət, millətlərə istiqlal!

Mladenovac serb icmasında baş verən faciə terror aktı kimi dəyərləndirilir

348 05.05.2023 13:22 Son xəbər A A

Serbiya Daxili İşlər Nazirliyi Belqrad dairəsinin tərkibinə daxil olan Mladenovac serb icmasında baş verən atışma ilə bağlı faciəli hadisələri terror aktı adlandırıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Serbiya DİN bu faciənin daxili terror aktı kimi qiymətləndirildiyini təsdiqləyib.

Daxili işlər naziri Bratislav Qasiç səkkiz nəfəri qətlə yetirən 21 yaşlı gəncin hələ də azadlıqda olduğunu bildirib. Hazırda hüquq-mühafizə orqanlarının yüzlərlə əməkdaşı onu axtarır. Əməliyyata xüsusi təyinatlı hissənin 600-dən çox əməkdaşı, terrorla mübarizə bölmələri, helikopterlər cəlb olunub. Cinayətkarın yerləşə biləcəyi ərazi mühasirəyə alınıb.

Yerli KİV-in məlumatına görə, şübhəli 21 yaşlı yerli sakindir. O, əvvəlcə mübahisə zəminində qohumunu və onun bacısını güllələyib. Daha sonra doğulduğu kəndə gedərkən yol boyu avtomobildən atəş açmağa davam edib. Nəticədə 8 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Bu, son iki gündə Serbiyada yaşanan ikinci faciəvi hadisədir. Mayın 3-də Serbiyanın paytaxtı Belqradda yeddinci sinif şagirdinin məktəbdə atəş açması nəticəsində 8 nəfər, o cümlədən 7 uşaq həlak olmuşdu.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR