İnsanlara hürriyət, millətlərə istiqlal!

“Miss Japan” müsabisənin qalibi tituldan imtina edib

620 07.02.2024 19:32 Dünya A A

“Miss Japan” gözəllik müsabiqəsinin qalibi tarixində ilk dəfə tacdan imtina edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, "Miss Japan-2024" müsabiqəsinin qalibi, Ukrayna əsilli yapon qadın Karolin Siino titulundan imtina edib. Bu barədə məlumatı onun anası Ukrayna BBC xidmətinə təsdiqləyib. Bu, yarışın tarixində ilk dəfə baş verib.

Karolin Siino 26 yaşındadır və iki həftə əvvəl Yaponiya gözəllik müsabiqəsinin qalibi olub. Bundan dərhal sonra qızın etnik mənşəyi ilə bağlı müzakirələr başlayıb.

Karolin Ukraynanın Ternopol bölgəsində anadan olub və valideynləri boşandıqdan və anası yapon kişi ilə evləndikdən sonra 5 yaşında Yaponiyaya köçüb.

Sosial şəbəkələrdə bu məsələ ilə bağlı yaponların fikirləri ikiyə bölünüb: bəziləri vətəndaşlıq almış qızın qələbəsini alqışlayıblar, digərləri onun ənənəvi yapon gözəllik ideallarını təcəssüm etdirmədiyini söyləyib.

Ötən gün Yaponiya jurnalı “Şukan Bunşun” və bir sıra digər yapon nəşrləri Karolin Siinonun evli bir kişi ilə münasibəti haqqında yazıb.

Siino İnstaqram səhifəsində yapon dilində bəyanat yazaraq üzr istəyib.

“Cənab Maedanın həyat yoldaşı, ailəsi və hər kəsdən yaranan narahatlığa görə üzr istəyirəm. Agentliyə verdiyim izahatda qeyri-dəqiqliklər olub. Çaşqınlıq və qorxu mənə həqiqəti deməyə imkan vermədi”, - mesajda deyilir.

O, tituldan imtina etdiyini də yazıb. Müsabiqənin təşkilatçıları onun tacdan imtina etməsini qəbul ediblər.

Müsabiqənin nəticələrinə əsasən bir neçə ikinci yer seçilsə də, "Miss Yaponiya" titulu ilin sonuna qədər vakant qalacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR