İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir Prezidenti: "Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq"

318 28.01.2023 15:29 Siyasət A A

"Tərəflər arasında danışıqlar çox gözəl və müsbət mühitdə keçib. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək".

Musavat.com xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

O qeyd edib ki, ölkələr arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyir və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdırlar: "Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik. Onu da deyim ki, danışıqlar zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunub. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Həmçinin Hökumətlərarası Müştərək Komissiyanın altıncı iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı və komissiyanın növbəti iclasının gündəliyinə salınacaq məsələləri müzakirə etdik. Misirdə əczaçılıq sahəsində əldə olunmuş nailiyyətləri vurğuladıq, mövcud infrastrukturdan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün hazır olduğumuzu bir daha bildirdik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR