İnsanlara hürriyət, millətlərə istiqlal!

MİQ imtahanları üçün 15 imtahan mərkəzi ayrılacaq

1147 09.06.2022 19:57 Təhsil A A

"İyuldan etibarən müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə start veriləcək".

"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, imtahan üçün müəllimlərin özlərinin qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur:

"Qeydiyyat Regional Təhsil İdarələri tərəfindən aparılacaq. Müəllimlərin işə qəbulu (MİQ) imtahanları üçün 15 imtahan mərkəzinin ayrılması nəzərdə tutulub. Sertifikasiyada isə bunlardan 8-i istifadə olunacaq".

O əlavə edib ki, ertifikasiya imtahanlarının avqust ayının sonunda keçirilməsi planlaşdırılır:

"İmtahanlardan sonra ilin sonuna kimi müsahibələr təşkil olunacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR