İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə sürücülər yol üstə dalaşdılar –"Mersedes"in sahibi baltalandı

657 10.01.2023 12:03 Kriminal A A

Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, biri baltalanıb.

Hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti “Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib.

Belə ki, “Xəzər” markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı “Mercedes-Benz” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub “açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı” xəsarətini yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb (Report).

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR