İnsanlara hürriyət, millətlərə istiqlal!

Milliyə çağırılan Neymardan pis XƏBƏR: Yenə ZƏDƏLƏNDİ

766 21.05.2026 18:29 İdman A A

Neymarın zədəsi ilə bağlı yeni məlumat açıqlanıb. "Santos" klubunun hücumçusunun baldır nahiyəsindən zədə aldığı bildirilib.

Klubun tibb departamentinin rəhbəri Rodriqo Zoqaib futbolçunun durumunun ciddi olmadığını deyib. Onun sözlərinə görə, Neymarın sağ baldır əzələsində yaranan problem futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalmasına səbəb olmayacaq.

Məlumata əsasən, təcrübəli hücumçunun mayın 27-dək tam hazır vəziyyətə gəlməsi gözlənilir. Neymar yaxın oyunlarda komandasına kömək edə bilməsə də, gələn həftə Brazilya milli komandasının düşərgəsinə qoşulacağı bildirilir.

Hazırda futbolçunun müalicəsi "Santos"un məşq bazasında davam etdirilir. Qeyd olunur ki, onun vəziyyəti həm klubun, həm də Braziliya millisinin həkimləri tərəfindən nəzarətdə saxlanılır.

Xatırladaq ki, DÇ-2026 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Braziliya millisi turnirdə C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR