İnsanlara hürriyət, millətlərə istiqlal!

Millimiz Gürcüstana da qalib gəldi

695 10.07.2024 16:58 İdman A A

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin ikinci qrup oyunu baş tutub. 

Musavat.com xəbər verir ki, qızlarımızın bu dəfəki rəqibi Gürcüstan seçməsi olub. Oyuna sürətli başlayan millimiz, Gürcüstan yığması üzərində 97-40 hesablı rahat qələbə qazanıb.

Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 5 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız yarımfinala vəsiqəni təmin ediblər. 

Millimizin qrupdakı sonuncu oyunu 11 iyul Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR