İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə Asiya Parlament Assambleyasının toplantısı başlayıb

457 21.09.2023 11:23 Siyasət A A

Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası öz işinə başlayıb.

Musavat.com bildirir ki, iclasda giriş nitqi ilə APA-nın Baş katibi Muhammed Reza çıxış edib.

Baş katib hər kəsi salamladıqdan sonra iclas iştirakçılarına, Milli Məclisin Sədri Sahibə Qafarovaya, həmçinin iştirakçılara, yüksək rütbəli şəxslərə, parlament və hökumət üzvləriə təşəkkür edib.

“Bu, bir şərəfdir ki, Azərbaycan Milli Məclisi APA-nın üzvü kimi iclasa evsahibliyi edir” - Baş katib bildirib.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Bəhreyn, Fələstin, İndoneziya, İran, İraq, Kamboca, Küveyt, Pakistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tayland, Tacikistan, Türkiyə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak edirlər.

İclasda bir sıra qətnamə layihələrinin müzakirəsi və qəbulu gözlənilir.

“Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsi qorunması istiqamətində tədbirlər haqqında”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında”, Asiyada səhiyyə bərabərliyi üzrə əməkdaşlıq haqqında”, “Asiya parlamentariləri korrupsiyaya qarşı”, “APA qadın parlamentariləri haqqında” qətnamə layihəsi və digər bir sıra qətnamələr müzakirə mövzuları sırasındadır.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR