İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkilindən təklif: “Qafqaz evi yaradılsa, hər üç xalq qazanacaq”  

609 21.09.2023 15:45 Siyasət A A

 

“Vaxtilə Bakının düşməndən azad edilməsindən sonra dövrün siyasi xadimləri deyirdilər ki, baş ilə bədən birləşdi. Baş Bakı, bədən isə bütün Azərbaycandır. Yenə də sentyabr ayında bütün Azərbaycan bütövləşdi”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Millət vəkili qeyd edib ki, Ermənistan Azərbaycana münasibətdə necə davranmasından asılı olmayaraq məğlubdur: “Qarabağda erməni separatçıları nədənsə narazı ola bilərlər, maneə yarada bilərlər, amma sülhün qarşısını ala bilməzlər. Onlar Azərbaycanın gücü qarşısında təslim olmalıdırlar.  Dövlət başçısının dediyi kimi, Cənubi Qafqazda yeni reallıq meydana gəldi. Bu reallığın baş memarı Azərbaycandır. Azərbaycan uzunmüddətli sülh istəyir. 1918-1920-ci illərdə Cənubi Qafqaz ilə bağlı Azərbaycan və Gürcüstanın dövlət xadimləri Qafqaz evi ideyasını irəli sürmüşdülər. 1993-cü ildə ümummilli lider Heydər Əliyev də hakimiyyətə gəldikdən sonra Qafqaz evi ideyasını dəstəklədi. Gürcüstanla bu istiqamətdə uğurlu addımlar atıldı. Ermənistan da artıq dərk etməlidir ki, bu ev yaradılmalıdır.  Bölgədə sülh və əmin-amanlıq olsa, hər üç xalq qazanacaq”.

A.İsgəndərli Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı etirazlarına diqqət çəkərək vurğuladı ki, bu layihə reallaşsa, ən çox qazanan Ermənistan olacaq: “Azərbaycanın və Gürcüstanın hər yerə çıxışı var. Bu çıxışlardan məhrum olan Ermənistandır. Erməni əsilli insanlar Azərbaycan Konstitusiyasını qəbul etsələr, dövlət başçısının dediyi kimi, vəziyyətləri bundan daha yaxşı olacaq. Əksinə, separatçı meyllərə, istiqamətlənsələr, Azərbaycan bunu bağışlamayacaq. Azərbaycan sülh əlini uzadıb. Qarabağ iqtisadi zonasında real vəziyyətin necə inkişaf edəcəyini zaman göstərəcək”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR