İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili: “Hər hansı dəhlizdən söhbət gedə bilməz”

648 12.09.2023 13:27 Siyasət A A

“Bu, ilk növbədə dünyaya mesajdır ki, Azərbaycana daxil olan hər bir yük hər hansı məntəqəyə və subyektə gömrük və sərhəd prosedurlarını keçməklə çatdırıla bilər. Yüklərin Xankəndiyə aparılması bütün prosedurlara uyğundur. Gələcəkdə də yüklər daşına bilər”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, Laçın yolu ilə daxil olan yüklər başqa dövlətin ərazisindən gəldiyi üçün müvafiq sərhəd və gömrük prosedurlarını keçməlidir:

“Hesab edirəm ki, bu, realdır. Hər hansı dəhlizdən söhbət gedə bilməz. Kimsə bizə beynəlxalq səviyyədə təzyiq edə bilməz. Azərbaycanın öz qanunları var. 10 noyabr sazişinə uyğun olaraq ilk növbədə qanunsuz silahlı birləşmələr ölkəmizin ərazisini tərk etməlidir. Onlar Azərbaycan qanunvericiliyə uyğun olaraq yoxlama prosedurlarını keçəcəklər. Azərbaycan daxili və xarici siyasətinə uyğun olaraq ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini qoruyur”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR