İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Cabbarov: "Vətəndaşların azad edilmiş ərazilərdə fəaliyyəti üçün xüsusi yanaşmalar hazırlanır"

411 28.12.2022 15:44 İqtisadiyyat A A

"İstənilən Azərbaycan vətəndaşının azad edilmiş ərazilərdə fəaliyyəti üçün xüsusi yanaşmalar hazırlanır".

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu yanaşmalar hazır edildikdən sonra hökumətə, ictimai müzakirəyə təqdim ediləcək: "Baxış ondan ibarətdir ki, dövlət bu istiqamətdə alətləri təqdim edəcək".

Nazir həmçinin bildirib ki, KOB-ların hər bir iqtisadiyyat üçün, o cümlədən, Azərbaycan iqtisadiyyatı üçün əsas dəyəri ondan ibarətdir ki, onlar çevikliyi, əmək məşğulluğunu və iqtisadiyyatın dayanıqlığını təmin edir.

M. Cabbarov qeyd edib ki, KOB-ların ölkə iqtisadiyyatının diversifikasiyasında rolu əvəzedilməzdir: "Onlarla sahibkar artıq azad edilmiş ərazilərdə fəaliyyət göstərir. Bəzi hallarda sahibkarlar biznes yanaşması ilə bərabər öz vətənpərvərliklərindən irəli gələrək investisiya qərarını verirlər. Bu həqiqətən təqdirəlayiqdir. Hesab edirəm ki, bu, sosial məsuliyyətin, vətəndaşlıq mövqeyinin nümayiş etdirilməsidir. Lakin biz öz fəaliyyətimizi buna əsaslanaraq qurmuruq, biznes dayanıqlı olmaq üçün pul qazanmalıdır, imkanlar əldə etməlidir".

Onun sözlərinə görə, yanvarın 1-dən tətbiq ediləcək güzəştlər, azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələr məhz ona hesablanıb ki, iqtisadi fəallıq dayanıqlı və rentabelli olsun: "2023-cü ildə biz bir çox yeni layihələrin başlamasının şahidi olacağıq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR