İnsanlara hürriyət, millətlərə istiqlal!

Məxfi xidmətin “xəfif” səhvləri – Ledi Çitl konqresmenlərin suallarına cavab verə bilməyib

325 24.07.2024 13:11 Dünya A A

ABŞ məxfi xidmətinin direktoru Kimberli Çitl keçmiş prezident Trampa qarşı sui-qəsdin qarşısını ala bilmədiyinə görə məruz qaldığı şiddətli tənqidlərdən sonra istefa verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisədən sonra o, hadisə yerinə getməyib və dinləmələr zamanı konqresmenlərin suallarına aydın cavab verə bilməyib. Trampın çıxışı yerinin yaxınlığındakı binanın damının mühafizəsiz qalması xüsusi narazılığa səbəb olub.

Milyarder İlon Mask Çitlin performansını lağa qoyub, onun keçmişdə çip istehsalçısının təhlükəsizlik xidmətində çalışdığını yada salıb. Mask onun Bayden administrasiyasında mühüm vəzifəyə təyin olunmasını “cinayətkar” əlaqələrin və gender siyasətinin nəticəsi adlandırıb.

Çitlin vəzifədən getməsi xəbəri Nümayəndələr Palatasının nəzarət komitəsi qarşısında ifadəsindən bir gün sonra gəlib. O, məxfi xidmətin Trampa sui-qəsd cəhdinə necə icazə verdiyini izah etmədiyinə görə kəskin tənqid edilib.

Bildirilir ki, Çitlin ifadəsi bütün Konqres üzvlərini şoka salıb. Sullara cavab verərkən aydın olub ki, məxfi xidmətin direktoru baş verənlərin səbəblərini şəxsən anlamaq üçün hadisədən sonra doqquz gün ərzində sui-qəsdin baş verdiyi yerə getməyib. Dinləmələrdə konqresmenlər suallar verərkən Çitldən daha məlumatlı görünüblər.

Çitl hadisələrin təfərrüatlı xronologiyasını təqdim edə bilməyib və ya girişdə mühafizəçilər tərəfindən aşkar edilən kamuflyajlı şübhəli şəxs haqqında məlumatın Trampı mühafizə edən agentlərə niyə ötürülmədiyinə izah verməyi bacarmayıb. O, mitinq səhnəsindən 130 metr aralıda yerləşən binanın damının niyə mühafizəsiz qaldığına aydınlıq gətirə bilməyib.

Yəqin ki, gələcəkdə Trampa qarşı sui-qəsdin ABŞ məxfi xidmətinin səhlənkarlığının, yoxsa planlı işinin nəticəsi olduğu araşdırılacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR