İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda evlilik təklifi etdi - HƏBS OLUNDU FOTO VİDEO

1403 16.11.2023 14:35 Hadisə A A

Moskvada oğlan sevgilisinə evlilik təklifi etmək qərarına gəlib. Belə ki, o, bunun üçün metro stansiyasını seçib. Lakin bu, gəncin həbs olunması ilə nəticələnib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 7-də baş verib.

Belə ki, gənc oğlan platformanın ortasında romantik masa düzəldib və qıza evlənmə təklif edib.

aec3d70b12ecd7abafb5c80b4c3d81fc.jpg (47 KB)

Məlumata görə, noyabrın 9-da oğlan saxlanılıb və xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib. Hüquq-mühafizə orqanları bildirib ki, gəncin hərəkətləri sərnişin axınına mane olub.

Məhkəmə onu beş sutka inzibati həbs cəzasına məhkum edib.

Qız isə xırda xuliqanlıqda təqsirli bilinərək cərimələnib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR