İnsanlara hürriyət, millətlərə istiqlal!

Messiyə görə futbol matçı LƏĞV EDİLDİ

850 10.02.2024 15:10 İdman A A

Çində Argentina və Nigeriya yığmaları arasında keçirilməsi planlaşdırılan futbol oyunu ləğv edilib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hançjou İdman Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur.

Oyunun ləğvinə səbəb argentinalı hücumçu Lionel Messi ilə qalmaqal olub.

Belə ki, ötən həftə “İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messinin Honqkonqda yoldaşlıq oyununda iştirak etməməsi azarkeşləri xeyli məyus edib. Buna görə matçın təşkilatçısı azarkeşlərə biletlərin yarısını qaytaracaqlarına söz verib.

Messinin zədəyə görə görüşü buraxdığı açıqlansa da, o, bir neçə gün sonra Yaponiyadakı qarşılaşmada iştirak edib. Bu isə azarkeşləri qəzəbləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR