İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi üçün La Liqa rəhbərliyi ilə görüşəcəklər

335 07.04.2023 16:37 Son xəbər A A

"Barselona" Lionel Messinin (PSJ) transferini müzakirə etmək üçün La Liqa rəhbərliyi ilə görüşəcək.

Qol.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Kataloniya klubu sabiq futbolçusunu geri qaytarmaq üçün cəhdlər edir. Bununla əlaqədar olaraq, "Barselona"nın nümayəndələri 35 yaşlı hücumçu ilə müqavilə bağlaya biləcəkləri barədə məlumat almaq üçün gələn həftə La Liqanın liderləri ilə görüşəcəklər. Klub direktoru Mateu Alemani başda olmaqla kataloniyalılar gələcək mövsüm üçün maaş büdcəsini La Liqanın müəyyən etdiyi limitə qədər azaltmaq üçün iqtisadi plan hazırlayıblar.

"Barselona" La Liqanın Messi ilə danışıqlara icazə verməsini gözləyir .

Klub əmin olmaq istəyir ki, futbolçu ilə razılıq əldə olunarsa, La Liqa transferi təsdiqləyəcək. Messinin "Barselona"ya keçidi həm klub, həm də liqa üçün faydalı hesab olunur.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. Argentina millisinin kapitanının PSJ ilə sözləşməsi bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR