İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi: "Biz hər kəslə oynamağa hazırıq"

582 02.06.2022 16:36 İdman A A

Argentina millisinin kapitanı Lionel Messi "Finalissima"da İtaliya üzərində 3:0 hesablı qələbə qazandıqlarını oyunu şərh edib.

Qol.az "Ole"yə istinadən xəbər verir ki, o, qələbə qazanmağa alışmağın əla olduğunu deyib: "Bu komandanın nə qədər vaxtdır uduzmadığını da bilmirəm və bu üstünlükdür. Çalışmalıyıq ki, məğlubiyyətsizlik seriyasına davam edək və mundialın ilk oyununa ən yaxşı vəziyyətdə çıxaq. Bu komanda həmi bu gün əvvəlkindən də güclüdür. Futbolda heç vaxt təslim ola bilməzsən".

Messi UEFA-nın saytına açıqlamasında isə söyləyib: "Biz hər kəslə oynamağa hazırıq. İtaliya böyük komandadır. Oyunun yaxşı olacağını bilirdik və belə mühitdə çempion olmaq çox xoşdur. Möhtəşəm final, stadion argentinalılarla dolu idi. Bu gözəl idi".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR