İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskini Sırskini işdən çıxarmağa vadar edən ƏSAS SƏBƏB

603 28.07.2026 11:32 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskini “xalqına yaxın olduğunu” göstərmək məqsədilə vəzifəsindən kənarlaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.

“Prezidentə yaxın dairələr əmin edirlər ki, bu qərar dövlət başçısının keçən il NABU və SAP ilə bağlı yaşanan hadisələrdə olduğu kimi "xalqdan qopmadığının" göstəricisidir (hərçənd o zaman Avropadan da güclü təzyiq var idi)”, - deyə nəşr mənbələrin sözlərini sitat gətirir.

Anotim mənbələr həmçinin qeyd ediblər ki, çoxları Zelenskini əhalinin rəyini nəzərə almamaqda təqsirləndirir.

Vurğulanır ki, Ukrayna lideri bu addımı ilə bütün ittihamları təkzib etmək istəyib və yeni baş komandanın təyinatı ilə bağlı hərbçilərlə məsləhətləşmələr aparıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR