İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada sərnişin avtobusu PUA ilə VURULDU: Çox sayda yaralı var

620 28.07.2026 11:37 Dünya A A

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində pilotsuz uçuş aparatı (PUA) sərnişin avtobusuna hücum edib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.

Bu barədə vilayət qubernatorunun vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev məlumat verib.

İlkin məlumatlara görə, hücum zamanı həlak olan yoxdur. Yaralananlardan 18 nəfəri dərhal Şebekino Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Region rəhbərinin dəqiqləşdirdiyi informasiyaya əsasən, 15 nəfər qəlpə yaraları alıb, daha 3 nəfərə isə ilkin diaqnoza görə kontuziya (akubarotravma) diaqnozu qoyulub.

Həkimlərin açıqlamasına görə, yaralılardan 6 nəfərin vəziyyəti ağırdır. Onlara ilkin tibbi yardım göstərildikdən sonra müalicələrini davam etdirmək üçün Belqorod  şəhərindəki tibb müəssisələrinə köçürülmələri planlaşdırılır.

Rəsmi məlumatlara görə, PUA hücumu nəticəsində sərnişin avtobusu və bir yük avtomobili ciddi zədələnib, həmçinin yaxınlıqdakı minik avtomobili qəlpələrdən zərər görüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR