İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur şadlıq sarayında baş verən YANĞIN SÖNDÜRÜLDÜ - VİDEO

3154 04.08.2023 16:07 Hadisə A A

Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Musavat.com xəbər verir ki, FHN-nin məlumatına görə, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

Sumqayıtda şadlıq sarayındakı yanğınla bağlı rəsmi məlumat verilib. 

Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR