İnsanlara hürriyət, millətlərə istiqlal!

Harrisdən ŞOK: “Tramp məndən qaçır, çünki...”

623 31.07.2024 15:39 Dünya A A

ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas rəqibi Donald Trampın seçkiqabağı debatlarda iştirakdan yayınmaq istədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, Corciya ştatında keçirdiyi mitinqdə bəyan edib.

“Yarışda dinamika dəyişir. Donald Tramp da bunu hiss edir. Ola bilsin ki, siz buna diqqət yetirmisiniz. Keçən həftə o, sentyabrda keçirilməsi planlanan debatlardan imtina edib”, - deyə Harris bildirib.

“Tramp debat etmək istəmir, lakin onun namizəd yoldaşı (Respublikaçı vitse-prezidentliyə namizəd Ceyms Devid) mənim haqqımda çox danışır. Donald, ümid edirəm ki, debatda səhnədə mənimlə üz-üzə gəlmək fikrinizi dəyişəcəksiniz. Çünki necə deyərlər, mənə deyəcək bir sözün varsa, üzümə söylə”, - deyə Kamala Harris tərəfdarları qarşısında rəqibinə səslənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR