İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədxahları Alla Puqaçovadan niyə əl çəkmirlər?

406 31.07.2024 15:42 Dünya A A

“SSRİ xalq artisti Alla Puqaçova ilə rus xalqı arasında münasibətlərdə ciddi çat yaranıb”.

Bu fikri “Sputnik” radiosunun efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ədliyyə Nazirliyinin Puqaçovanın xarici agent kimi tanınmaması barədə qərarını şərh edərkən bildirib.

Zaxarova bəstəkar Mikael Tarıverdiyevin Puqaçova ilə pozuluşmasını necə təsvir etdiyini xatırladıb. “Müsahibələrinin birində Tarıverdiyev deyib ki, əvvəlcə müğənninin sənətkarlıq qabiliyyəti onu heyran edbi, lakin sonra ortada nəsə qırılıb və onun işi maraq kəsb etməyib, bundan sonra hərə öz yolu ilə gedib. Mariya Zaxarova əlavə edib ki, Puqaçovanın müxtəlif insanlarla, məsələn, şair İlya Reznik və bir çox başqaları ilə oxşar fikir ayrılıqları olub, onlar bu barədə təəssüf və nəzakətlə danışıblar.

“Ancaq indi qlobal səviyyədə onunla xalq arasında bir şeylər sınıb dağılıb. Onun əsərləri qalacaq, dinləniləcək, yenidən oxunacaq. Bütün bunlar əvvəlki kimi olacaq. Lakin onunla insanlar arasında qırılma var”, - Rusiya XİN-in sözçüsü deyib.

Bir gün əvvəl Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ədliyyə Nazirliyindən Alla Puqaçovaya xarici agent statusu verilməsi xahişinə cavab alıb. Departament bunun üçün kifayət qədər əsas olmadığını bildirib və müraciəti təmin etməkdən imtina edib.

Bundan əvvəl Alla Puqaçova “normal insanların” ölkəyə qayıtmayacağı ilə bağlı açıqlama verərək Rusiyada mənfi reaksiyaya səbəb olub. Müğənni sonradan bu sözünə yumoristik səciyyə verməyə çalışsa da, onun zarafatı uğursuz hesab edilib.

A.Puqaçovanın günahı odur ki, Ukraynada müharibəyə qarşı olub və hərbi əməliyyat başlayandan sonra o, bir çox başqa rus sənətçilər kimi İsrailə köçüb. Lakin İsrail-Fələstin münaqişəsi yenidən qızışdığına görə müğənni ailəsi ilə birlikdə Kiprə sığınıb.

Puqaçova ciddi siyasi bəyanatlar verməsə də, sosial şəbəkələrdə “mənasız müharibə” ilə bağlı paylaşım edib. İsraildə olarkən o, Ukrayna xalq mahnısının sədaları altında sahil boyu gəzərkən video çəkdirib. Bu video tamaşaçılar tərəfindən Ukraynaya dəstək kimi qəbul edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR