İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur musiqiçi 5 illik turnedən 1 milyard qazanacaq

699 26.03.2023 21:49 Şou-biznes A A

Dünyaca məşhur musiqiçi, ser Elton Conun vida turnesi yığılan pulun həcminə görə dünya birincisi olacaq.

Musavat.com "The Sunday Times"a istinadən xəbər verir ki, musiqiçinin "Farewell Yellow Brick Road Tour" adlı turnesi zamanı 1 milyard dollardan yuxarı vəsait yığılacaq.

Xatırladaq ki, Elton Con bu turneyə 2018-ci ildə başlayıb. 2020-ci ildə koronavirus pandemiyasına görə turneyə fasilə verməli olub. Dünyanın müxtəlif ölkələrində veriləcək 333 konsertin sonuncusu İsveçin paytaxtı Stokholmda baş tutacaq. Bu il yanvarın sonuna 278 konsertdən sonra turne artıq yığılan pulların həcminə görə dünya birincisi olmuşdu. Ötən şənbə 76 yaşını qeyd edən Elton Con bu konsertlərdən 817,9 milyon dollar yığıb. Bu, digər britaniyalı musiqiçi Ed Şiranın 776,4 milyon dollarlıq rekordunun yenilənməsidir.

Ümumilikdə turne boyu verdiyi konsertlərdə Elton Con fortepiano arxasında 900 saat keçirəcək. Konsertlərin demək olar ki, hamısında onun 1970-ci ildə ilk albomunda yer alan "Your Song" mahnısı ifa olunur. Əgər musiqiçinin turnesi plan üzrə davam edərsə, İsveç paytaxtında bu mahnını 2404-cü dəfə ifa edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR