İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənninin gözəllik sirri hər kəsi təəccübləndirdi: Sünnət dərisindən...

1769 22.07.2022 20:17 Şou-biznes A A

Türkiyənin məşhur aktyoru Hamdi Alkanın keçmiş həyat yoldaşı, müğənni Selen Görgüzelin gözəllik sirri ilə bağlı açıqlaması gündəm olub.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, Selen yeni doğulan oğlan uşaqlarının sünnət dərisindən dəriyə qulluq üçün istifadə etdiyini açıqlayıb.

43 yaşlı müğənni həmin dəridən əldə edilən kök hüceyrələrdən hazırlanan qarışığı dəri estetikasında istifadə etdiyini deyib.

“Sizə desəm, inanmazsınız ki, belə bir üsul var. Sünnət qalıqlarından alınan kök hüceyrələr dəri üçün çox faydalıdır. Bu üsulla dəriyə qulluq etmişəm, bu sistem tamamilə qanunidir və bütün icazələrini də almışam”, - deyə Selen bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR