İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur milyarder yol qəzasında HƏLAK OLDU

1038 21.05.2026 14:58 Dünya A A

Rusiyalı milyarder Mixail Smirnov Leninqrad vilayətində baş verən yol qəzasında həlak olub.

Musavat.com Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Smirnov motosikletlə hərəkətdə olarkən qəzaya düşüb.

Məlumata görə, iş adamı “Triumph” markalı motosikletlə əks istiqamət zolağına çıxaraq “Haval” markalı avtomobillə toqquşub.

Ağır xəsarət alan Smirnov hadisə yerində həyatını itirib.

Smirnov “Baltikyanı Yanacaq Şirkəti”nin həmtəsisçisi və direktorlar şurasının sədri olub. Onun sərvəti təxminən 7,8 milyard rubl qiymətləndirilirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR