İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur iş adamı Rusiya vətəndaşlığından İMTİNA ETDİ FOTO

3838 14.01.2024 19:53 Region A A

"Texnosila"nın keçmiş sahibi Mixail Kokoriç Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb.

Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, o, ölkə ilə əlaqəsini kəsib.

"Bu həftə mən rəsmi olaraq Rusiya Federasiyasının vətəndaşlığından imtina etdim, ölkə ilə rəsmi əlaqəmi dayandırdım", - deyə Kokoriç bildirib.

O əlavə edib ki, Rusiya pasportundan imtina Ukrayna ərazisindəki hərbi əməliyyatlar və indiki hökumətin siyasəti ilə razılaşmaması ilə bağlıdır.

Mixail Kokoriç "LinkedIn"dəki postuna vətəndaşlıqdan imtina haqqında şəhadətnamə əlavə edib.

Qeyd edək ki, "Texnosila" elektronika mağazalar şəbəkəsinin keçmiş sahibi 2011-ci ildə özəl rus kosmik şirkəti "Dauria Aerospace"i təsis edib. Daha sonra ABŞ və Avropada bir neçə kosmik startap yaradıb.

800x400.jpg (43 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR