İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyorun pərəstişkarlarına ÜZÜCÜ XƏBƏR: Dəhşətli QƏZA KEÇİRDİ - FOTO

1247 06.12.2025 16:20 Şou-biznes A A

Məşhur türk aktyoru Celil Nalçakan yol qəzasına düşüb.

Musavat.com xəbər verir ki, “Poyraz Karayel”, “Bir Aile Hikayesi”, “Kardeşlerim”, “Sustalı Ceylan” və hazırda yayımlanan “Rüya Gibi” serialında rol alan Nalçakan bu barədə öz sosial media hesabında paylaşım edib.

CELİL.jpg (90 KB)

Aktyor qəza ilə bağlı avtomobil görüntüsünü də yayımlayıb.

NALCAK.jpg (60 KB)

Nalçakan paylaşımında qeyd edib:

“Bəli, yol qəzası keçirmişəm. Havanın əlverişsiz olması səbəbilə qarşı tərəfdən gələn sürücü idarəetməni itirmişdi. Lakin sağ-salamatam. Özümü yaxşı hiss edirəm. Həmin sürücünün də vəziyyəti yaxşıdır. Bir cızığımız belə yoxdur. Amma avtomobillər yaxşı vəziyyətdə deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR