İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor xərçəngə qalib gəldi

1044 07.09.2022 22:22 Şou-biznes A A

Türkiyənin “Arka Sokaklar” serialında canlandırdığı “Volkan komissar” obrazı ilə yadda qalan, xərçəng xəstəliyinə tutularaq pərəstişkarlarını kədərləndirən Boğaç Aksoy sağaldığını bildirib.

Musavat.com xəbər verir ki, aktyor bu haqda sosial media hesabında paylaşım edib.

“Əziz dostlar, bu gün həyatımın ən həyəcanlı və mənalı günü idi. Uzun müddət davam edən müalicə prosesindən sonra nəhayət ki, həkimimdən “sağaldın” sözünü eşitdim. Müayinələrim vaxtaşırı davam edəcək, amma dərman günlərim bitdi. Bu müddət ərzində mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu mənim üçün bir dirçəliş hekayəsi idi”, - deyə Boğaç Aksoy qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR