İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisadan Haluk Levent haqqında - Sərt açıqlamalar

493 14.07.2026 13:37 Şou-biznes A A

Türkiyədə AHBAP Dərnəyi ilə bağlı aparılan istintaq ictimaiyyətdə geniş rezonans doğurmaqda davam edir.

Musavat.com xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "korrupsiya" istintaqı çərçivəsində dərnəyin sədri, müğənni Haluk Levent də daxil olmaqla 22 nəfər "cinayət törətmək məqsədilə təşkilat yaratmaq", "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması", "Vergi Prosessual Məcəlləsi və Dərnəklər Qanununun tələblərini pozmaq" ittihamları ilə saxlanılıb.

Hadisədən sonra AHBAP Dərnəyi və Haluk Levent ətrafında müzakirələr davam edərkən, aparıcı Bircan Bali də diqqətçəkən açıqlama verib.

O bildirib ki, vaxtilə AHBAP-ın fəaliyyətini yaxından araşdırmaq istəsə də, buna imkan verilməyib:

"Mən də Ahbap-a qoşulmaq istədiyimi dedim. Bildirdim ki, ertəsi gün verilişdə bütün prosesin necə işlədiyini tamaşaçılara izah edəcəyəm. Mənə dedilər: "Xanım, sizi maraqlandırmayan məsələlərə qarışmayın. Bizim bütün fəaliyyətimiz şəffafdır."

Bircan Bali həmin dövrdə yardım layihələrində qiymət fərqlərinin diqqətini çəkdiyini də iddia edib:

"O vaxt bir konteyner üçün 64 min lirə tələb olunurdu. Mən isə 21 kvadratmetrlik konteyneri 22 min lirəyə tapmışdım. Demək olar ki, üç dəfə baha qiymət istənilirdi. Soruşdum ki, '400 milyon lirəyə başa gələcəyini dediyiniz işi 100 milyona görmək mümkündürsə, qalan 300 milyon lirə hara xərclənəcək?' Bu suala cavab ala bilmədim."

Bali daha sonra AHBAP rəhbərliyi ilə bağlı yeni iddia səsləndirərək, "Sonradan məlum oldu ki, qumar oynayırmış", - deyə bildirib.

Qeyd edək ki, Bircan Balinin səsləndirdiyi fikirlər şəxsi iddialardır. Bu ittihamlarla bağlı rəsmi qurumlar və ya Haluk Levent tərəfindən təsdiqlənmiş yekun məhkəmə qərarı açıqlanmayıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR