İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank 200 milyon manata yaxın ZƏRƏR AÇIQLADI

1240 03.07.2023 16:17 Son xəbər A A

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci il üzrə 63,955 mln manat zərər, 195,246 mln manat isə cəmi məcmu zərər açıqlayıb.

 “Ölkə.Az” xəbər verir ki, bu, 2021-ci ilin yekunu ilə müqayisədə müvafiq olaraq 2,5 dəfə və 3,2% azdır.

Ötən ilin yekununda AMB-nin effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 205,521 mln manat, sair faiz gəlirləri 15,499 mln manat, faiz xərcləri 167,928 mln manat olub və nəticədə, xalis faiz gəlirləri 53,092 mln manat təşkil edib. 

Sözügedən dövrdə Mərkəzi Bankın haqq və komissiya gəlirləri 32,421 mln manat, haqq və komissiya xərcləri 3,700 mln manat, amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə tanınması üzrə gəliri 59,042 mln manat, ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 92,846 mln manat, ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların realizasiyası üzrə xalis zərəri 29,906 mln manat, törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 23,863 mln manat, ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan investisiya fondlarındakı vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 4,587 mln manat, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 68,632 mln manat, ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızlar üzrə dəyərsizləşmənin bərpası 776 min manat, xarici valyuta əməliyyatları üzrə xalis gəlirləri 4,090 mlın manat, sair əməliyyat gəlirləri 30,357 mln manat, dəyərsizləşmə üzrə ehtiyatın bərpası 39,659 mln manat, inzibati və sair əməliyyat xərcləri 115,206 mln manat təşkil edib.

Bununla da AMB ötən ili 63,955 mln manat zərərlə başa vurub. İl üzrə sair məcmu zərəri 131,291 mln manat olan Mərkəzi bankın il üzrə cəmi məcmu zərəri 195,246 mln manat olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR