İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeşlilər dünya çempionatındakı qələbədən sonra küçələrə axışdılar - VİDEO

796 11.12.2022 00:47 Gündəm A A

Xəbər verdiyimiz kimi, Mərakeş Milli Komandası DÇ-2022-nin 1/4 finalında Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib.

Musavat.com xəbər verir ki, Dünya Kubokunda qazanılan sürpriz qələbə mərakeşliləri İstanbul küçələrinə çıxarıb.

İstanbulda mərakeşlilər bu sevinci yaşamaq üçün küçələrə axışıblar. Küçələrdə böyük qruplar halında toplaşan mərakeşlilər marşlar oxuyub, şüarlar səsləndirib və yürüş ediblər. Mərakeşlilərin sevinci vətəndaşların cib telefonu kamerasına düşüb.

Qeyd edək ki, Dünya Kuboku tarixində ilk dəfə olaraq bir Afrika ölkəsi yarımfinalın şahidi olub. Belçika, Xorvatiya, İspaniya və Portuqaliyadan qol buraxmayan Mərakeş dünya çempionatı tarixinin ən xüsusi nailiyyətlərindən birinə imza atıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR