İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məni söyənlər rayondakı o adamlardır" - Bilal Əliyevdən ŞOK AÇIQLAMA

1559 21.08.2022 17:44 Şou-biznes A A

Xalq artisti Bilal Əliyev bir müddətdir ki, "TikTok"dakı hərəkətləri ilə müzakirələrə səbəb olur. 

Xalq artisti Musavat.com-a açıqlamasında "TikTok"a üstünlük verməsinin səbəbini bildirdi:

"Mən bütün sosial şəbəkələrdən istifadə edirəm. Mənim pula ehtiyacım yoxdur. "Peysər" ləqəbli birinə necə cavab vermək olar, sizcə? Mənə qarşı qara piar aparanlar sənət yoldaşlarım və rayonda işsiz-gücsüz oturanlardır. Onların bəzilərinin 40 yaşı var. "TikTok" vasitəsilə dünyada yaşayan azərbaycanlılarla ünsiyyət qururam. Bu, mənimçün maraqlıdır". 

Bilal Əliyev toylara getməməsindən də danışdı:

"Pandemiyadan öncə İranda, Böyük Britaniyada (London), Rusiyada toylarda olmuşam. Hazırda Almaniya, Rusiya və Londondan toy təklifləri gəlir. Lakin pandemiyanı nəzərə alıb hələ ki, toylara getmirəm. Toylarda bir mikrofonu bir neçəsi işlədir, əllərini dezinfeksiya etmirlər. Mənə görə övladlarının toyunu saxlayanlar var". 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR