İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurlara “iPhone”la bağlı XƏBƏRDARLIQ edildi

987 21.03.2023 02:30 Son xəbər A A

Rusiya hökuməti kibertəhlükəsizliyin artırılması məqsədilə daha bir addım atıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Prezident Administrasiyasının əməkdaşlarına ABŞ-ın əsas smartfon istehsalçısı olan “Apple” şirkətinin məhsullarından istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilib.

Bildirilib ki, administrasiyanın əməkdaşlarına artıq rəsmi bildirişlər təqdim edilib və onlara fərqli əməliyyat sisteminə malik smartfonlara keçmələri tövsiyə edilib. Məlumata görə, “iPhone” smartfonu ilə bağlı qadağalar aprelin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl də Rusiyada Qərb ölkələrinin İT məhsullarından imtina ilə bağlı təkliflər gündəmə gəlmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR