İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmura "mükafat" verən "jurnalist" həbs OLUNDU

1332 04.03.2026 18:56 Son xəbər A A

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adından "mükafat" verən Fəqani Hüseynov həbs olunub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.

Musavat.com "Teleqraf"a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib.

Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalının direktoru", həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib.

Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkədə rezonans doğurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR