İnsanlara hürriyət, millətlərə istiqlal!

Melkonyan: “Bölgədə əsas məsələlər Ermənistansız həll olunur”  

957 06.10.2023 16:42 Siyasət A A


Erməni ekspert, tarix elmləri namizədi, analitik Sergey Melkonyan Qranadada keçirilən dünənki görüşü şərh edib.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə o, “Hraparak” qəzetinə danışıb.

“İndi hər şey- istər Moskvada, Vaşinqtonda, Brüsseldə olsun Ermənistanın hesabına həll olunur, çünki Ermənistan heç nə etmək istəmir. Ona görə ki, Ermənistan subyektdən faktora, daha sonra faktordan obyektə çevrilib.

İndi İran Azərbaycanla birgə hərbi təlimlər keçirəcək, bununla əlaqədar yüksək səviyyəli təmaslar qurulub. Artıq ümumi regionda məsələlər Ermənistansız həll olunur. Müttəfiqlər Azərbaycanla əməkdaşlıq edirlər, çünki regionun gündəmini məhz Bakı həll edir. Azərbaycan hətta alternativ gündəm də təklif etmir, yəni Ermənistanla danışıqların belə mənası yoxdur. Daha doğrusu regionda söz sahibi Azərbaycan, ifaçı isə Ermənistandır”, - deyə Sergey Melkonyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR