İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada həbsxanada iğtişaş baş verib, ölənlər var

207 02.01.2023 03:00 Hadisə A A

Meksikanın şimalındakı Çiuaua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanada iğtişaşlar baş verib.

“Report” xəbər verir ki, bu barədə “El Universal” məlumat yayıb.

Qeyd olunub ki, iğtişaşlar zamanı 10 mühafizəçi və 4 məhbus həlak olub. Hələlik rəsmi təsdiqi olmayan məlumata görə, 20-dən çox məhkum həbsxanadan qaça bilib, onların axtarışı aparılır.

Şəhər prokurorluğu yaydığı açıqlamada ölən və yaralananlarla bağlı heç bir məlumat verməsə də, hazırda həbsxanada vəziyyətin nəzarətə alındığını və səlahiyyətlilərin hadisənin baş vermə şəraitini aydınlaşdırmağa başladığını qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR