İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksika körfəzində yeni neft yatağından hasilat başlandı: Dünya bazarında qiymətlər...

574 10.01.2025 16:46 İqtisadiyyat A A

Britaniya-Hollandiyanın birgə şirkəti olan Shell (60 faiz payla layihə operatoru) və Americanın Chevron (40 faiz) şirkəti Meksika körfəzindəki Whale üzən platformasında neft hasilatına başlandığını elan ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, platformanın 2017-ci ildə kəşf edilmiş, 480 milyon barel olaraq təxmin edilən çıxarıla bilən ehtiyatları ilə gündə 100.000 barel neft ekvivalentində pik hasilat əldə edəcəyi gözlənilir.

Platforma Hyustondan təxminən 200 mil cənubda yerləşir.

Qeyd edək ki, səlahiyyət müddəti 10 gündən sonra bitəcək Co Bayden bir neçə gün əvvəl ABŞ-ın sahil ərazilərində neft hasilatına icazələrin verilməsini qadağan edib. Lakin yeni seçilmiş prezident Donald Tramp vəzifəsinin icrasına başlayan kimi qərarı ləğv edəcəyini açıqlayıb.

Tramp Baydenin əksinə olaraq, ABŞ-da neft-qaz hasilatını artırmaq yolu ilə dünya bazarında qiymətlərin endirilməsini hədəfləyir. Yeni platformadan hasilatın başlanması Trampın bu məqsədinə çatması istiqamətində addımlardan biridir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR