İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü

508 19.02.2024 20:50 Son xəbər A A

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Əminə Ərdoğan sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük.

Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.

Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram.

Ümid edirəm ki, seçkilərdəki qələbə dost Azərbaycan xalqına uğur gətirəcək”, - paylaşımda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR