İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə keçmiş vəkillə bağlı 8 illik həbs qərarını dəyişdirməyib

614 12.01.2023 20:13 Kriminal A A

Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

Musavat.com "report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 8 illik həbs cəzası qərarına baxılıb.

Qərar dəyişdirillmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına görə Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib.

Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır.

Keçmiş vəkilin ona 130 min manatdan çox zərər vurduğu bildirilir.

Vüqar Səfərli həbs olunduqdan sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR