İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevə tapşırıq: “İlin sonunadək 400 min hərbçi hazır et...”

1596 09.09.2023 22:31 Siyasət A A

 

Avqustun əvvəlindən Rusiyanın  bir sıra şəhərlərdə polis ölkə vətəndaşlığı almış əcnəbiləri məcburi şəkildə qeydiyyat üçün hərbi komissarlığa çağırmağa başlayıb. Avqustun 16-da isə Prezident yanında İnsan Hüquqları Şurası miqrasiya qanunvericiliyinə dəyişiklikləri açıqlayıb. Belə ki, Rusiya pasportlarının verilməsi üçün hərbi qeydiyyat məcburi şərt edilməsi təklif edilib. 10 gündən sonra Dövlət Duması "Vətəndaşlıq haqqında" qanuna dəyişikliklər layihəsini təqdim edib. Yeni layihəyə görə, yeni Rusiya vətəndaşlığı almış şəxslər hərbi qeydiyyatdan və ya səfərbərlikdən yayınarsa, vətəndaşlıqdan məhrum ediləcək.

Qeyd edək ki, Rusiya vətəndaşlığı almış ukraynalı qaçqınlar arasında (son beş ildə verilən pasportların sayına görə birinci yerdədirlər) böyük əksəriyyəti uşaqlar, qadınlar və pensiyaçılardır. Amma məsələn, Rusiya pasportu olan taciklərin sayı 2021-ci ildə 103 min, 2022-ci ildə 174 min, 2023-cü ilin birinci yarısında isə 87 mindən çox olub. 

2022-ci ildə Müdafiə Nazirliyi ölkənin hərbi inkişaf planlarını açıqlayıb ki, burada söhbət əlavə ehtiyat ordunun, Kareliyada korpusun və üstəlik, bir sıra yeni hərbi birləşmələrin yaradılmasından gedir. Plana görə, Rusiya Silahlı Qüvvələrinin ümumi sayı bir milyondan bir yarım milyona qədər artmalıdır. Buraya Ukrayna müharibəsindəki  itkilər aid deyil. 

Rusiya mediası yazır ki, səfərbərlik məsələlərinə və ordunun say etibarilə artırılması Təhlükəsizlik Şurasında Putinin müavini Dmitri Medvedyevə həvalə edilib. Medvedyev cəbhə üçün ehtiyatların yaradılması prosesinin kuratoru hesab edilir. Sentyabrın 3-də keçirilən iclasda Medvedyev bildirib ki, ilin əvvəlindən 280 min müqaviləli əsgər orduya daxil olub. Bildirilir ki,  Medvedyevə ilin sonunadək müqavilə ilə orduya daxil olunanların sayının 400 min nəfərə çatdırılmaq tapşırılıb.  

Ən müxtəlif səbəblərdən Rusiya vətəndaşlığı almış əmək miqrantların əksəriyyəti isə könüllü olaraq hərbi xidmətə yazılmaq fikrində deyil.

“Novaya qazeta” yazır ki,  Rusiya vətəndaşlığı almış keçmiş miqrantların hərbi xidmətə çağırılması və ya səfərbərliyə cəlb edilməsi   Medvedyevin üzərinə qoyulmuş planın yerinə yetirilməsinə kömək edəcək, lakin bu, qoşunların əhəmiyyətli dərəcədə artımını təmin etməyəcək.

Hərbi ekspertlər keçmiş miqrantların cəbhə xəttinə göndərilməsi ideyasına son dərəcə mənfi münasibət bəsləyir. Hesab edirlər ki, bu, hərbi qoşunların keyfiyyətinə mənfi təsir edə bilər. Ekspertlərin fikrincə, Rusiyanın yeni vətəndaşlarının əmək bacarıqlarından istifadə edərək onlardan mühəndis batalyonlar formalaşdırmaq, həmçinin hərbi texnikaya xidmətdə istifadə etmək daha sərfəlidir.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR