İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedevin səhifəsi dağıdılıbmış - belə deyirlər

722 02.08.2022 13:47 Region A A

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin “VKontakte”dəki səhifəsi dağıdılıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, məlumatı BBC yayıb.

Məlumata görə, keçmiş prezident, sədr müavini “VKontakte”dəki səhifəsində Rusiyanın yenidən bütövləşəcəyini vəd edib: “Bunadək heç vaxt mövcud olmamış Gürcüstan birləşəcək. Qazaxıstan isə süni dövlətdir”.

Bildirilib ki, D.Medvedevin adından status avqustun 2-də gecə saatlarında yayılıb. O deyib ki, suverenitetlərin paradı tezliklə bir daha keçirilməyəcək: “Sovet İttifaqının bütün xalqları yenidən bir yerdə dostluq və qarşılıqlı anlaşma şəraitində yaşaycaq. Bunun üçün nə gücümüzü, nə də vəsaitimizi əsirgəməyəcəyik. Kiyev və bütün Malorusiya (Ukraynanı nəzərdə tutur - red.) milliyyətçi bandalardan azad edildikdən sonra... Rus yenidən vahid, güclü və məğlubedilməz olacaq”...

Medvedevin köməkçisi Oleq Osipov vurğulayıb ki, sədr müavininin səhifəsi dağıdılıb və bəhs etdiyimiz qeyd dərc olunub: “Administrasiya sosial şəbəkə və qeydi ora yerləşdirənlə bağlı araşdırma aparacaq”.

Məlumata görə, “VKontakte”də D.Medvedevin 2,2 milyon izləyicisi var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR