İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət naziri Serbiya səfiri ilə görüşüb

471 19.07.2022 20:44 Mədəniyyət A A

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçlə görüşüb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, qonağı səmimi salamlayan A. Kərimov birgə mədəni əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib. Kitabxana, kinematoqrafiya, muzeyşünaslıq və digər humanitar sahələrdə təcrübə mübadiləsinin, həmçinin sərgilərin təşkilinin önəmini vurğulayıb.

Nazir, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən bəhs edib. O, bu kampaniya çərçivəsində də Serbiya Respublikası ilə əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb.

Səfir qeyd edib ki, gerçəkləşdirilən birgə layihələr nəinki mədəniyyətlərimizin, eləcə də xalqlarımızın doğmalığının göstəricisidir.

Görüş zamanı həmçinin tarixi irsimizə sahib çıxmağın, mədəniyyətimizi gələcək nəsillərə ötürməyin əhəmiyyətindən bəhs olunub. Arxeologiya və etnoqrafiya sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR