İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mədəniyyət kodu - Şuşa” lonqridi Avropada təqdim ediləcək  

964 10.10.2022 12:55 Sosial A A

Şuşa şəhərinin qəhrəmanlıq ruhu, Pənah Əli xanın xoşbəxt şəhər konsepsiyası, onu ilhamlandıran möhtəşəm dağlarda həkk olunmuş qədim türkün izi, Ağabəyim Ağa, Gövhər Ağa, Xurşud Banu Natavan, Fatma Kəminənin timsalında mütərəqqi şərq qadını obrazı, gözəl, əsrarəngiz və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı, Şuşa adlı mədəniyyət kodunun çalarları və bir çox maraqlı faktlar çələngi... Bütün bunlar “Mədəniyyət kodu - Şuşa” adlı lonqriddə orijinal formatda əks olunur.

Musavat.com xəbər verir ki, bu layihəni “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin icra edir. Azərbaycan mediası üçün tam yeni olan bu məhsul ciddi araşdırmalar, arxiv foto və video sənədlər, müsahibələr əsasında hazırlanır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan bu layihə üzrə fitçer üslubunda hazırlanmış mətn yeni medianın müxtəlif alətləri istifadə olunmaqla lonqridin tələblərinə müvafiq zənginləşdirilir. Üç növ infoqrafika hazırlanır, bunlardan iki interaktiv xəritə məzmununa görə tam yeni və unikaldır. Bunlar Şuşa şəhərinin məhəllələri və işğaldan azad olunmuş ərazilərdəki alban məbədlərinin interaktiv xəritələridir.
Layihənin əsas ideyası Şuşanın əsrarəngizliyi və füsunkarlığını düzgün media texnologiyaları vasitəsilə Avropa auditoriyasına sirayət edərək, həmin sevgini Qərb insanına aşılamaqdır. Qeyd edək ki, bu layihə Azərbaycan tərəfindən Avropada təqdim ediləcək ilk lonqrid olacaq.
Layihənin məqsədi Şuşanın əsrlər boyu məhz Azərbaycan şəhəri olmasını tarixi faktlar, arxiv materialları, memuarlar, nadir fotolar və s. vasitəsilə İsveç ictimaiyyətinə təlqin etməkdir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR