İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayın 21-dən Zelenskinin hakimiyyəti qeyri-qanuni olacaq?

1024 28.04.2024 08:45 Dünya A A

Ukrayna Ali Məhkəməsi bu suala cavab axtarır...

Çerniqov sakini Oleq Serik Ukrayna Ali Məhkəməsində Ali Radaya qarşı iddia qaldırıb. Serik 2024-cü il martın 31-nə prezident seçkilərinin təyin edilməməsi ilə bağlı Ukrayna parlamentinin fəaliyyətsizliyinin qanunsuzluq kimi tanınmasını tələb edir.

Musavat.com Rusiya mediasına istinadən yazırv ki, iddiaçının sözlərinə görə, prezident seçkiləri 2019-cu il martın 31-də keçirilib və Vladimir Zelenski 2019-cu il mayın 20-də dövlət başçısı kimi and içib. Bununla əlaqədar olaraq, 21 may 2019-cu il tarixində Ukrayna Konstitusiyası ilə müəyyən edilmiş Ukrayna Prezidentinin beş illik səlahiyyət müddətinin geri sayımı başlayıb və bu müddət Ukrayna Konstitusiyasına uyğun olaraq mayın 21-də başa çatır.

sud2.jpg (142 KB)

İddiaçı hesab edir ki, Ali Rada Ukrayna Konstitusiyanın 85-ci maddəsinin birinci hissəsinin 7-ci bəndinin müddəalarına zidd olaraq, seçkiləri ana qanun tələb etdiyi qaydada təyin etməyib. O, parlamentin bu hərəkətsizliyini qanunsuz hesab edir, milyonlarla seçicinin hüquqlarını pozulduğunu bildirir.

Maraqlıdır ki, Ali Məhkəmə iddianı qəbul edib və Ali Radaya 15 gün ərzində izahat verməyi tapşırıb. Bundan sonra iddiaçının cavabdehin izahatlarını qəbul etmək və ya onlarla razılaşmamaq üçün daha 3 gün vaxtı olacaq.

Beləliklə, Zelenskinin mayın 21-dən sonra prezident statusunun mübahisələndirilməsi hüquqi müstəviyə keçib. Çünki parlamentin bu məsələdə fəaliyyətsizliyi təsdiqlənərsə, növbəti addım kimi Zelenskinin hakimiyyəti zorla əlində saxladığı faktını tanımalı olacaq. Bildirilir ki, bu halda müharibə edən ölkədə “qanunsuz prezident”in imicinə çox zərbə vurulacaq. Həm də təkcə Ukraynada deyil, Qərbdə də...

347137960514866.jpeg (110 KB)

Çünki Qərb Zelenski mayın 20-dən sonrakı Zelenskiyə münasibətdə mövqeyini dəqiqləşdirməlidir. Ya Ukraynada seçkilərin keçirilməsi üçün Kiyevə təzyi etməli, ya da Zelenskinin qeyri-qanuni prezident olduğu gerçəyini qəbul etməlidir. Üstəlik, 21 may yaxınlaşdıqca, Zelenskinin ölkədəki rəqibləri getdikcə daha çox “başlarını qaldırmağa” başlayacaqlar. Bu məhkəmə iddiasının arxasında adi vətəndaşın dayanmadığı haqda da versiyalar bildirilir. Rusiya mediası yazır ki, Serik “rus casusu” və “Kreml agenti” elan edilə də bilər.

Məlumdur ki, Zelenski Rusiya ilə davam edən münaqişə və ölkədəki hərbi vəziyyətə görə bu müddət ərzində prezident seçkilərinin keçirilməsinin kökündən əleyhinədir.Amma Ukrayna prezidenti əmindir ki, ölkədə seçkilər indi keçirilsə, o, yeni müddətə yenidən seçiləcək. Zelenskinin sözlərinə görə, hazırda Ukrayna cəmiyyəti onu maksimum dərəcədə dəstəkləyir.
“Ona görə də indi seçki keçirsək, xalq məni seçəcək”, – deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR